Altay keşişi Navalnıya dua etdi: “Onu zəhərləyənlər…”backend

Altay keşişi Navalnıya dua etdi: “Onu zəhərləyənlər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Barnaulun Müqəddəs Tatyana kilsəsinin keşişi Aleksandr Mikuşin müxalifət lideri Aleksey Navalnının sağlamlığı üçün dua edib və ailəsinə dözüm arzulayıb.
TİA.AZ  xəbər verir ki, bu haqda Mikuşin öz İnstaqram hesabında yazıb.
O, hamını müxalifət lideri üçün dua etməyə səsləyib:
“Qardaşlar və bacılar, gəlin Aleksey Navalnının sağalması üçün dua edək. Uca Rəbb, onu xilas et, Alekseyə şəfa ver və gücləndir. Deyilənlərə görə, o, hələ də komadadır. Bir dəfə Dudanın verilişində Aleksey Allaha inandığını və Böyük pəhrizə əməl etməyə çalışdığını söylədi. Rəbb, onun ailəsinə də kömək et. Mən onun partiyasının tərəfdarı deyiləm. Ancaq inanıram ki, rəqibinə qarşı söz, dəlil, sübut deyil, qılınc və ya zəhərdən istifadə edənlər alçaq və iyrənc hərəkət edirlər. Belə olan zaman həmin insan öz istedadsızlığını, zəifliyini və haqsızlığını göstərir”.
Xatıladaq ki, son məlumata görə, Navalnı hələ də Berlin klinikasında süni komadadır. Alman həkimlər onun kolinesteraz inhibitorları qrupundan bir maddə ilə zəhərləndiyini düşünürlər. Bununla belə, Rusiya Baş Prokurorluğu zəhərlənmə ilə bağlı cinayət işi başlatmaq üçün əsas tapmadığını açıqlayıb.