Almazbek Atambayev 11 il 2 müddətinə azadlıqdan məhrum edildibackend

Almazbek Atambayev 11 il 2 müddətinə azadlıqdan məhrum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkekin Pervomaysk rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev barədə hökm çıxarıb.

TİA.AZ-ın məlumatına görə, Almazbek Atambayev “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, həmçinin kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiq etmə, dövlət çevrilişi, korrupsiya, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmə və digər cinayətlərdə ittiham olunub.

Prokurorluq eks-prezidentin həbs müddətini 15 il tələb etsə də, məhkəmə dövlət mükafatları və əmlakı müsadirə olunmaqla onun 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar verib.

Xatırladaq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda 136 nəfər xəsarət alıb, xüsusi təyinatlı qüvvələrin bir əməkdaşı həlak olub. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılıb.

Sabiq prezident 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.