Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edibbackend

Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Heiko Maas Türkiyəyə səfər edib.

Tia.az xəbər verir ki, Çavuşoğlu və Maas, nazirlikdəki ikitərəfli görüşlərindən sonra ortaq mətbuat konfransı təşkil ediblər.

Mövlud Çavuşoğlu, Türkiyənin Almaniya ilə ikitərəfli dialoq mexanizmlərini inkişaf etdirməyə razı olduqlarını bildirib.

Çavuşoğlu təhsil sahəsində də Almaniya ilə əməkdaşlıq müqaviləsinin müzakirə edildiyini bildirib. O bildirib ki, iki ölkə arasında ticarət əlaqələrinin genişliyi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

Heiko Maas isə ölkəsinin Türkiyə-Avropa İttifaqı münasibətlərinin genişlənməsini arzu etdiyini vurğulayıb.