Almaniyanın şahmat olimpində bir qadın: Bakılı Rəna kimdir?..backend

Almaniyanın şahmat olimpində bir qadın: Bakılı Rəna kimdir?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəna Qraf vaxtilə şahmat dünyasının tanınmış simalarından biri olub. Karyerası ərzində SSRİ, Azərbaycan və Özbəkistanı təmsil edib. 2001-ci ildən isə bir müddət Almaniyanın adından yarışlara çıxıb. 1999-cu ildən qadınlar arasında beynəlxalq qrossmeysterdir.

Rəna Məmmədova 1966-cı il aprelin 26-da Bakı şəhərində anadan olub. Gələcək şahmatçının uşaqlığı Bakıda keçib. Doqquzuncu sinifdə oxuyarkən qızlar və qadınlar arasında Bakı çempionu olub.

Özbəkistandakı illəri

Rəna və ailəsi SSRİ-nin dağılmasından sonra Özbəkistana köçüb. Burada yaşadığı illərdə beynəlxalq yarışlarda Özbəkistanı təmsil etməyə başlayıb. Bu ölkənin qadınlardan ibarət yığmasının heyətində 1994-1998-ci illərdə Şahmat olimpiadasının, 1995-1999-cu illərdə isə Asiya çempionatının iştirakçısı olub.

Rəna Qraf 1994-cü ildə Moskvada, 1998-ci ildə Elistada keçirilən Şahmat olimpiadalarında, 1995-ci ildə Sinqapurda keçirilən Asiya komanda çempionatlarında yarışıb. 1998-ci ildə Asiya çempionatında qadınların fərdi yarışlarında 4-5-ci yerləri tutub.

2000-ci ildə Hindistanda keçirilən növbəti Asiya çempionatında bürünc medal qazanıb. Bu, Rənanın Özbəkistan adına qazandığı sonuncu uğurdur. Şahmatçı həmin il Almaniyaya köçüb.

Almaniyanın uğurları üçün

2001-ci ildən beynəlxalq arenalarda Almaniya üçün oynamağa başlayıb. Həmin il Polşanın Varşava şəhərində keçirilən qadınlar arasında Avropa çempionatında Almaniya adına ilk qarşılaşmasına çıxıb. Yenə həmin il Halle şəhərində Çexiya, Hollandiya və Almaniya milli komandalarının iştirakı ilə keçirilən 6 oyunda 3 xal toplayaraq dördüncü yeri tutub. 2002-ci ildə Drezdende keçirilən yarışlarda qadınlar arasında Almaniya çempionu olub. 2002/03-cü illər mövsümündə də adı heyətə yazılsa da yarışmayıb.

Yolun sonu

2001/02-ci illər mövsümündən bəri fəal deyil. 2002-ci ildən Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təşkil edilən turnirlərə çıxış etmir.

Karyerasında ən yüksək pilləyə 2000-ci il oktyabrın 1-də qalxıb. Həmin il 2353 xal toplayaraq FIDE-nin sıralamasında 72-ci yerdə qərarlaşıb. Özbəkistan şahmatçıları arasında isə 1-ci yeri tutub. Son reytinqi 2018-ci ilə aiddir: 2314.

2001-ci ildə məşhur Özbəkistan və Almaniya şahmatçısı Aleksandr Qrafla evlənib. Bu evlilikdən sonra Qraf soyadını götürüb. Hazırda Almaniyada yaşayır.

Mənbə: teleqraf.com