Almaniyanın sağ radikalları populyarlıq qazanırbackend

Almaniyanın sağ radikalları populyarlıq qazanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düz bir il əvvəl – 2017-ci il sentyabrın 24-də “Almaniya üçün Alternativ” (AüA) sağ populist partiyası seçkilərdə səslərin 12,6 faizini toplayaraq öz tarixində ilk dəfə olaraq bundestaqa daxil olub. On iki ay keçəndən sonra AüA-nın reytinqi artıq 18 faiz təşkil edir – beləliklə, AüA Almaniya Sosial-Demokrat Partiyasını bir faiz ötərək ölkədə ikinci populyar partiyaya çevrilib.

TİA.AZ xəbər verir ki, bunu ARD ictimai-hüquqi media şirkətinin sifarişinə əsasən “Infratest dimap” İnstitutunun apardığı növbəti “Deutschlandtrend” sorğusunun nəticələri göstərir. Bununla belə siyahının lideri – AFR kansleri Angela Merkelin XDİ/XSİ bloku 28 faiz toplayıb ki, bu, “ARD-Deutschlandtrend”in 1997-ci ildən bəri keçirdiyi sorğularda mühafizəkarların ən pis göstəricisidir.

AüA-nın 2013-cü ildə təsis olunduğu vaxtdan bəri nail olduğu ən yüksək göstəricini gözlənilməz adlandırmaq olmaz. Son vaxtlar sağ populistlərin populyarlığı durmadan artır. “Bild am Sonntag” həftəliyinin sentyabrın ortasında dərc etdirdiyi “Sonntagstrend” sorğusunda AüA Almaniyanın şərqində birinci yerə çıxıb: regionda onun reytinqi 25 faizə çatıb. 2019-cu ildə Şərqi Almaniya əyalətlərində landtaqa seçkilər keçiriləcək: AüA-nın populyarlığı həmin seçkilərdə hakim koalisiyanın formalaşdırılması məsələsini xeyli dərəcədə çətinləşdirə bilər.