Almaniyada yaşayan soydaşımız onlarla ailəyə yardım etdi – FOTObackend

Almaniyada yaşayan soydaşımız onlarla ailəyə yardım etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada yaşayan iş adamı Zöhrab Ağakişiyev (Braun) doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Günəşli kəndində ehtiyacı olan ailələrə, o cümlədən şəhid ailələri və qazilərimizə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatlar paylayıb.

SOSİUM.az xəbər verir ki, aksiya onlarla ailəni əhatə edib və ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla həyata keçirilib.

Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan soydaşlarımızı daim diqqət mərkəzində saxlayan azərbaycanlı iş adamı 1997-ci ildə Azərbaycanı tərk edib. Hazırda paytaxt Berlində böyük tikinti şirkətlərindən birinə rəhbərlrik edən Zöhrab Ağakişiyev İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna yardımlar edib və Günəşli kəndindən olan hərbçi ailələrini də nəzarətinə götürüb. Onun təşəbbüsü ilə Günəşli kəndinin sakini, zabit şəhidimiz Bayram Babaşovun qardaşı, döyüşlər zamanı sağ əlini itirmiş qazimiz Nurlan Babaşlı üçün yeni evin tikintisinə başlanılıb. Sahibkar bu məqsədlə qardaşına məxsus torpağı qazimizin adına rəsmiləşdirib.