backend

Almaniyada təhsil üzrə pulsuz seminar keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SAB Polşa Mərkəzi xaricdə təhsillə bağlı silsilə tədbirlərə başlayıb. 

SAB Polşa Mərkəzi xaricdə təhsillə bağlı silsilə tədbirlərə başlayıb.


Bakıda yerləşən “SAB Centrum Polskie” mərkəzində Almaniyada Təhsil Seminarı keçiriləcək. Mərkəzdən verilən məlumata görə, təqdimat noyabrın 6-da, saat 16:00-dan 17:30-a qədər baş tutacaq. 

Seminar zamanı universitetlərdə humanitar və sosial elmlər, təbiət və mühəndislik elmlər dərəcələri ixtisaslarında təhsil imkanları barədə məlumat veriləcək.

Xatırladaq ki, Almaniya bir çox üstünlüklərə malik ölkədir. 

Belə ki, Avropa məkanında ən məşhur təhsil sisteminə və yaşayış şərtlərinə malikdir.

Təqdimata giriş ödənişsizdir.

SAB Polşa Mərkəzindən qeyd ediblər ki, mərkəz xaricdə təhsillə bağlı silsilə tədbirlərə başlayıb və Almaniyada Təhsil 

Seminarından sonra, Polşa, Böyük Britaniya, Fransa, İtaliya, eləcə də Baltikyanı ölkələrdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün pulsuz seminarlar təşkil olunacaq.

Maraqlananlar əvvəlcədən qeydiyyatdan keçməklə bu təqdimatda iştirak edə bilərlər. Təqdimatda iştirak etmək üçün qeydiyyat bu keçiddə mümkündür: https://docs.google.com/forms/d/1KOCYeWI3ZZ2-g67Blv_xDpvO6AOP-YlbWV7t5OUmqyo/edit

Seminara qeydiyyat 5 noyabr, saat SAAT-23:00 da başa çatacaq. SAB Polşa Mərkəzi  İstiqlaliyyət 57 ünvanında, Dövlət İqtisad Universiteti ilə üzbəüz yerləşir.