Almaniyada ölənlərin sayı 133 nəfərə yüksəlibbackend

Almaniyada ölənlərin sayı 133 nəfərə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib.

TİA.az xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində Reynland-Pfals torpağında azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər ölüb.

Bildirilib ki, xəsarət alanların axtarışı üçün bölgəyə 850 hərbçi göndərilib.

Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.

Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.