Tribuna İnformasiya Agentliyi

Almaniyada kasıblar üçün tikilən sosial evlərin zəngin görünüşü – Foto

06 Avqust

Sosial rifahı hər zaman yüksək olan və bir çoxlarının yaşamaq üçün əla ölkə olaraq dəyərləndirdikləri Almaniyada da evsiz və dilənçilər var. Çox olmasa da var. Lakin ölkənin yoxsulluq səviyyəsi adlandırdığı limitin hüdudlarında yaşayan insanların sayı az deyil.

Bizimyol.info saytının məlumatına görə, çoxuşaqlı ailələr, işini itirənlər, miqrantlar aztəminatlı ailələr hesab edilirlər və ölkədə onlar üçün sosial evlər tikilir.

Kənardan çox səliqli və gözəl görünüən bu evləri əlbəttə ki, özəlləşdirmək olmaz. Bütün mənzillər dövlətə və ya bələdiyyə orqanlarına aiddir. Mənzil almaq üçün şəhər ratuşundan razılıq almaq gərəkdir. Çoxuşaqlı ailələrin yerləşə bilməsi üçün böyük sahəyə malik evləri almaq üçün 3-4 il gözləmək lazım gəlir.

Kiçik ailələr isə bir il, il yarım gözlədikdən sonra mənzillə təmin olunurlar. Bu müddət ərzində dövlət aztəminatlı ailələrə yataqxanalarda mənzil təklif edir. Yoxsul ailə evlə təmin edildikdə isə ilk aylarda kirayə pulu ödənilmir. Bu həmin evə yerləşmiş sakinlərin iş tapana qədər maddi vəziyyətinin yaxşılşadırılması məqsədini güdür. Ailənin çətinlikləri başa çatdıqdan sonra bu evlərdə yaşamaq üçün hər ay 500 avro ödəməli olur.

Sosial evlərin ətrafında zibil yeşikləri görmədiniz eləmi?

Çünki zibil yeşikləri yerin altına yerləşdirilir ki, görüntü kirliliyi və pis qoxular olmasın. Sosial evlər adətən 3 mərtəbəli və alt qatında zirzəmi olur. 3 mərtəbəli olsa da yaşlılar və əlillər nəzərə alınaraq lift quraşdırılır.

Almaniyada zirzəmilər siçovullar üçün məskən deyil. Bu səliqəli zirzəmilər ailələrin anbarı, artıq əşyalarının yığılması üçün məkan rolunu oynayır. Bütün mənzillərdə döşəməaltı qızdırıcılar quraşdırılıb, çoxlifli internetlə təmin edilib. Binaların damında quraşdırılmış vakuum kollektorlarında texniki məqsədlə istifadə olunan su qızdırılır.