Almaniyada işləmək istəyənlərin NƏZƏRİNƏ: bu xüsusiyyətləriniz varsa…backend

Almaniyada işləmək istəyənlərin NƏZƏRİNƏ: bu xüsusiyyətləriniz varsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 2 milyona yaxın iş yeri boş qalıb. İşçi çatışmır. Ölkədə tibb bacısı, dərzi, bənna, həkim, təbiətşünas alim, digər peşələr və ixtisaslar daxil olmaqla, ciddi işçi çatışmazlığı yaşanır.

Bir çox alman şirkətlərində də ixtisaslı kadrlar çatışmır. Şirkətlər səhiyyə və qastronomiya sektorlarında, çoxsaylı ticarət və ya logistika sektorunda işçilər axtarırlar. Bacarıqlı işçilərin çatışmazlığı əksər şirkətlər tərəfindən gələcəyin ən böyük biznes riski hesab olunur, uyğun ixtisaslı işçilərin olmaması ticarət əməliyyatlarının dayanmasına səbəb olur.

19260133_303.jpg (50 KB)

Almaniyadakı indiki vəziyyət İkinci Dünya müharibəsindən sonra yaranmış işçi çatışmazlığını xatırladır. Həmin dövrdə Almaniya hökuməti 2 milyona yaxın işçi mühacir qəbul etməyə məcbur olmuşdu.

Almaniya parlamentinin 2019-cu ildə qəbul etdiyi yeni qanun da işçi çatışmazlığını çözə bilməyib. Çünki bürokratik əngəllər mütəxəssislərin ölkəyə gəlişini çətinləşdirib. Qanunun qəbulundan 3 il sonra parlament ixtisaslı işçilərin immiqrasiyasını daha da asanlaşdırmağa çalışır. Almaniyanın ARD kanalının məlumatına görə, federal hökumət təkmilləşdirmələrə getmək istəyir.

Kim Almaniyada işləmək istəyirsə, yalnız ehtiyac duyulan ixtisasa deyil, hər şeydən əvvəl səbrə və peşəkar dəstəyə ehtiyacı var. Xüsusilə də xaricdən gələn mütəxəssislər ciddi problemlərlə üzləşirlər. Köln İqtisadi Araşdırmalar İnstitutunun aparıcı iqtisadçısı Vido Qays-Töne deyir ki, viza müraciətinin təsdiqi bir ilə qədər davam edə bilər. Bacarıqlı işçilərin immiqrasiyasını Almaniya iqtisadiyyatının mərkəzi problemi sayan iqtisadçı bürokratiyanın prosesi ləngitdiyini iddia edir.

german-workers-777x400.jpg (76 KB)

Almaniyanın Əmək Bazarı və Peşə Tədqiqatları İnstitutunun məlumatına görə, hazırda 1,74 milyon vakant iş yeri var. Almaniya iqtisadiyyatının səviyyəsini saxlamaq üçün müxtəlif həll yollarına ehtiyac duyulur.

Vəziyyətdən çıxış yolu kimi peşəkar immiqrasiya mərkəzlərinin yaradılması vacib hesab olunur. Almaniya parlamentinin 15 avqust 2019-cu ildə qəbul etdiyi “Bacarıqlı İşçilərin İmmiqrasiyası Aktı” üçüncü ölkələrdən gələn ixtisaslı işçilərin ehtiyaclara əsaslanan immiqrasiyasını qanuniləşdirir və bu istiqamətdə federal hökumətin fəaliyyətini tənzimləyir. Qanunda Almaniyaya işləmək və təhsil məqsədi ilə kimin gəlməsinə icazə verildiyi və kimin gəlməsinə icazə verilmədiyi yazılıb.

af59bea5-2b47-36c3-9ad3-956f01c4d8c7_850.jpg (94 KB)

Federal hökumətin bir çox üzvləri İmmiqrasiya Aktında boşluqlar olduğunu iddia edirlər. Hökumətin sosial siyasət nazirliyinin şöbə rəhbəri Maria Lohaydenin fikrincə, qanunda aydınlıq olmadığından proses ləng gedir. O, qanunun bürokratikliyini və “üzərində işləməyin” çətin olmasını tənqid edir. İş məqsədi ilə Almaniyaya köçmək istəyən insanların ixtisaslarının tanınması, viza müraciətləri və ailə birləşməsi ilə bağlı ciddi çətinlikləri var.

Federal nazir Hubertus Hayl qanunu sadələşdirmək və bürokratiyanı azaltmaq istəyir. İyun ayında SWR radiosuna verdiyi müsahibədə o, qanundakı boşluqlardan danışıb. “Son qanunvericilik dövründə ixtisaslı işçilər üçün immiqrasiya qanununu irəli sürdüm. Ancaq bu, hələ də çox bürokratikdir. Tezliklə müasir immiqrasiya qanunu hazırlayacağıq”.

Federal hökumət hazırda müvafiq islahatlar üzərində işləyir. Parlamentin digər fraksiyaları da koalisiya sazişində bu barədə razılığa gəliblər.

7a436e78-5c8e-422a-9011-a6ec9c5a1f9b_850.jpg (143 KB)

Əmək Nazirliyindən ARD televiziyasına verilən məlumatda bildirilir ki, digər məsələlərlə yanaşı, işçinin ailə üzvlərinin alman dili biliyi tələbini aradan qaldırmaqla ailələrin Almaniyaya köçməsini asanlaşdırmaq olar. Yəni Almaniyaya işləməyə gələn işçidən orta səviyyəli almanca tələb olunsa da, onunla gələn ailə üzvləri bu tələbdən azad ediləcəklər. İndiki qanuna əsasən, Almaniyada işləməyə gələn işçi ilə yanaşı, onun ailə üzvlərindən də alman dilini orta səviyyədə bilmək tələb olunur.

Əmək Nazirliyi əldə olunan uğurları da etiraf edir: qanun ilk 2 ildə çox şey əldə edib. 100 min viza verilib və “yaxşı çərçivə şəraiti” yaradılıb. Bütün bunlar koronavirus pandemiyası fonunda baş verib. Qanun pandemiyanın başlaması ilə eyni vaxtda qüvvəyə minib və başlanğıcda müvafiq olaraq çətinliklər olub.

Hazırkı immiqrasiya qanununu bir çox ictimai təşkilatlar da tənqid edirlər. İqtisadçılar Assosiasiyasının sədri Markus Yerger İmmiqrasiya Aktını qeyri-kafi qiymətləndirir. Onun sözlərinə görə, iqtisadi səviyyəni saxlamaq üçün ildə 400 min ixtisaslı mühacirə ehtiyac var. Ancaq hazırkı qanunla buna nail olmaq mümkün deyil.

Hər şeydən əvvəl xaricdə əldə edilmiş peşəkar ixtisasların tanınması prosesinin təkmilləşdirilməsi nəzərdə tutulur. Berlindəki “Dialoq Klubu” miqrasiya təşkilatından Lenke Simon da bu fikri dəstəkləyir. O, “Berlin üçün ixtisaslı işçilərin təminatı” layihəsinin əlaqələndiricisidir və xaricdə ixtisaslı işçilər axtaran şirkətlərə məsləhətlər verir.

Almaniya hökuməti tənqidləri haqlı sayaraq, təkmilləşdirmələr etmək istəyir. “Bir peşəni bacaran hər kəsə qapını açmaq istəyirik” deyir hökumət. Gələcəkdə Meksika və ya Hindistandan işə müraciət edərkən təkcə sertifikatlar deyil, həmçinin peşəkar təcrübə də nəzərə alınacaq. “Dialoq Klubu”ndan Lenke Simonun fikrincə, ilk növbədə bürokratik əngəllər aradan qaldırılmalıdır. Mürəkkəb qanunun icrada çətinliklərə gətirib çıxarması gözlənilən nəticəni əldə etməyə imkan vermir.

Almaniya Sənaye və Ticarət Palatası da immiqrasiya prosesindəki inzibati prosesləri tənqid edib. Məsul orqanlar arasında rolların aydın şəkildə bölüşdürülməsini tələb edən qurum qanunun bu yolla işləyə biləcəyinə əmindir.

Beləliklə, ixtisaslı işçilər axtaran müasir immiqrasiya qanunun təkmilləşdirilməsi istiqamətində hələ çox iş görülməlidir.

zeitarbeit-leiharbeit.jpg (125 KB)

Alman əmək bazarında ümumi vəziyyət çoxsaylı böhranlara baxmayaraq, müsbət inkişaf etməkdə davam edir. Son illərdə Almaniyada iş yerlərinin sayı davamlı olaraq artır, yalnız pandemiya müsbət inkişafın pozulmasına səbəb olub.

2020 və 2021-ci illərin böhran illərinə nisbətən ötən il boş iş yerlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Ən çox vakansiyaya malik peşə qrupları nəqliyyat və logistika sənayesində, satış peşələrində (məsələn, pərakəndə satışda) və tibbi sağlamlıq peşələrində (məsələn, tibb bacısı sahəsində) tapıla bilər.

Bir çox ixtisaslı ticarət şirkətləri illərdir tələbə çatışmazlığından şikayətlənir. Tutulmamış təlim yerlərinin sayı 2021-ci ildə 60 mindən çox olub.

Son illərdə işsizlik səviyyəsi də davamlı şəkildə aşağı düşüb. Əmək bazarındakı bu müsbət vəziyyət bir çox sektorlarda uyğun kadr axtarışını intensivləşdirib. Hökumət Rusiya və Çin kimi ölkələrdən asılılığı minimuma endirmək üçün yeni istehsal sahələrinin yaradılmasını hədəfləyir.

Almaniyaya işləməyə gedənlər arasında Azərbaycan vətəndaşları da var. Azərbaycanlı işçi mühacirlər arasında alman dili bilikləri olmayan və ya az olan şəxslər çoxluq təşkil edir. Bunun da əsas səbəbi alman dilinin öyrədilməsi sahəsində ciddi qüsurların olmasıdır. Alman dilini öyrədən kurslarda alman dili müəllimlərinin özlərinin dil səviyyəsi çox aşağıdır. Bir çox elmi-tədqiqat institutlarında peşəkar alman dili biliyi olan mütəxəssislər çox azdır.

Dil bilikləri olmayan işçi mühacirlərin Almaniyada ciddi problemlərlə üzləşməsi haqqında xəbərlər var. Leqal işlərdə çalışmaq icazələri olmadığı üçün mühacirlər az ödənişlə qeyri-leqal işləməyə məcbur olurlar və nəticədə qanunla problemləri yaranır.

b1f31fae-4ca6-4736-a433-6ff81b0966e6_850.jpg (84 KB)

Elxan HƏSƏNLİ, Sürix,