backend

Almaniyada hamı bu kitabı oxuyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Satışa çıxarılmış diktator Adolf Hitlerin “Mayn kampf” adlı kitabı Almanıyada ən çox oxunan kitab olub. 

Satışa çıxarılmış diktator Adolf Hitlerin “Mayn kampf” adlı kitabı Almanıyada ən çox oxunan kitab olub.

Bir müddət öncə Adolf Hitlerin “Mənim mübarizəm” adlı kitabı yenidən satışa çıxarılıb. 1945-ci ildən qadağan olunan kitabı 2015-ci ildə yenidən nəşr etdirmək qərarına gəliblər. Bu ilin yanvarından satışa çıxarılan kitab “elmi ədəbiyyat” kateqoriyasında ən çox oxunan kitab olub. Kitab Almaniyada 200 avroya satılır.

Kitabın birinci cildində müəllifin Milliyətçi Sosialist fikirləri yer alır. İlk dəfə 1925-ci ildə işıq üzü görən, daha sonra nəşri qadağan olunan “Mayn kampf” kitabını Hitler hakimiyyətə gəlməmiş 8 il öncə yazmışdır.

1220 səhifədən ibarət ikinci cilddə isə elm adamlarının, tarixçilərin, siyasətçi və filosofların Hitlerin siyasətinə olan şərhləri yer tutur.

Qeyd edək ki, “Mayn kampf” “ekstremizm ədəbiyyat” adlandırılaraq köhnə sovet ölkələrində hələ də qadağan olunur.