Almaniyada əhali hökuməti istefaya çağırdıbackend

Almaniyada əhali hökuməti istefaya çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniyada əhali artan təbii qaz və elektrik enerjisinin qiymətlərinə görə hökuməti istefaya səsləyir.
 
TİA.AZ Reuters-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Almaniyanın paytaxtı Berlin şəhərində bir qrup insan təbii qaz və elektrik enerjisinin artımına görə “Yaşıllar Partiyası”nın binası qarşısında etiraz aksiyası keçirib.
İştirakçılar Alman hökümətinin yürütdüyü siyasətə “Donmağa etiraz” şüarı ilə çıxış ediblər. Onlar təbii qaza və elektrik enerjisinin həddindən artıq baha olmasına etiraz edir və təbii qaza qoyulan verginin ləğvini, enerji sektorunun ictimailəşdirilməsini tələb ediblər.