Tribuna İnformasiya Agentliyi

Almaniyada “bozqurd” işarəsi qadağan edilir

09 Oktyabr

Almaniyada bozqurd işarəsinin qadağan olunması müzakirədədir.
AzNews.az xəbər verir ki, bu barədə “Euronews”da dərc olunmuş xəbərdə məlumat verilib.

Millət vəkili Xristof de Vrays bildirib ki, faşizmin hər bir növü insanlığa və alman cəmiyyətinə qarşı təhdiddir.

O, bozqurd işarəsinin də buna görə qadağan olunmasının tərəfdarı olduğunu deyib.

Qeyd edək ki, Almaniyadan əvvəl Avstriya da bir sıra əl işarələrinin qadağan olunmasını müzakirəyə çıxarmışdı.