Tribuna İnformasiya Agentliyi

Almaniya yığması Bakıya qələbə ilə gəlir

23 Mart

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya millisi ötən gün yoxlama oyunu keçirib. 
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya millisi ötən gün yoxlama oyunu keçirib.

TİA.AZ xəbər verir ki, Almaniya yığması Dortmund şəhərində İngiltərə millisi ilə qarşılaşıb.

Matç Almaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 69-cu dəqiqədə Podolski vurub.

Qeyd edək ki, martın 26-ı Almaniya yığması Bakıda millimizin qonağı olacaq.