Tribuna İnformasiya Agentliyi

Almaniya Suriyaya zərbə vurmaq fikrinə düşdü

10 Sentyabr

Almaniya ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə Suriyaya zərbə endirmək məsələsinə yenidən baxır. Bu məsələ Vaşinqtonun xahişi ilə Almaniya Müdafiə Nazirliyində müzakirə edilir.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Bild” nəşri öz mənbəsinə istinadla xəbər yayıb.

Müdafiə naziri Ursula fon Layyen qeyd edib ki, prezident Bəşər Əsədə sadiq qüvvələrin dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə etməsi halında hücumlar həyata keçiriləcək.

Almaniya kansleri Angela Merkel isə ölkəsinin Suriyadakı hərbi əməliyyatlarda iştirakını istisna edib.

Nəşrin məlumatına görə, ötən həftənin sonunda Layyen amerikalı hərbçilərlə görüşüb və bu məsələni müzakirə edib.