Almaniya rus mallarını yığışdırıb kasıblara paylamağa başladı – Boykotbackend

Almaniya rus mallarını yığışdırıb kasıblara paylamağa başladı – Boykot

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə əlaqədar Almaniyadakı supermarketlər Rusiya mallarını boykot etməyə başlayıblar.
TİA.AZ bu barədə “Bayerischer Rundfunk”ə istinadla xəbər verir.
Almaniyada Rusiya əleyhinə sanksiyalarla yanaşı, Rusiya mallarının, o cümlədən ərzaqların boykot edilməsi ilə bağlı halların sayı da artıb. Rusiyadan gələn mallar “Rewe Group” və “Aldi Süd” kimi supermarketlərin piştaxtalarından yığışdırılır. Nəşr bildirir ki, Edeka öz çeşidini də nəzərdən keçirir.
Şəbəkələr hətta tək adda məhsullardan qurtulmağa üstünlük verir. Belə ki, diskaunter Aldi Süd bildirib ki, indiyədək onun çeşidində Rusiyadan yalnız bir məhsul təqdim edilib – 0,7 litrlik şüşədə araq.
“Biz məhsulu qeyri-müəyyən müddətə satışdan çıxarmaq qərarına gəldik”, – nəşr pərakəndə satış şəbəkəsinin nümayəndələrinə istinad edir.
Onların fikrincə, şirkət “indiki vəziyyətdə nümunə göstərmək” istəyib. Aldi Süd-ə yaxın pərakəndə satış şəbəkəsi Aldi Nord da Rusiyadan alkoqollu içkiləri öz rəflərindən yığışdırıb.
Eyni zamanda, anbarlarda qalan malların məhv edilməyəcəyi, ərzaqların aztəminatlı vətəndaşlara və ya işsizlərə yardım göstərən təşkilatlara veriləcəyi bildirilir.