Almaniya Navalnıya görə Rusiyaya qarşı sanksiyaları müzakirə edirbackend

Almaniya Navalnıya görə Rusiyaya qarşı sanksiyaları müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Alman hökuməti Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi iddiası ilə Rusiya Federasiyasına qarşı sanksiya tətbiq olunma ehtimalını müzakirə edir.
Qaynarinfo “The New York Times”a istinadla xəbər verir ki, nəşrin Alman təhlükəsizlik xidmətindəki mənbələri variantlardan biri kimi xüsusən aktivlərin dondurulması və bir sıra şəxslərə giriş qadağasının nəzərdən keçirildiyini bildirib.
Eyni zamanda, Alman səlahiyyətliləri “prinsiplərin əsas olduğunu göstərmək” üçün təkliflərinin bütün Aİ ölkələri tərəfindən dəstəklənəcəyini gözləyirlər. Bu haqda yüksək səviyyəli bir Alman rəsmisi nəşrə verdiyi açıqlamada deyib. Eyni zamanda, o əlavə edib ki, sanksiyaların tətbiq edilməsi Ukrayna və ya Rusiyanın “əsas oyunçu” olduğu Suriyadakı vəziyyətlə bağlı danışıqlara təsir etməyəcəyinə ümid edirlər.
Qeyd edək ki, müxalifətçi Aleksey Navalnı Berlində müalicə olunur. Berlin hərbi laboratoriyasının bildirdiyinə görə, Navalnı Noviçok sinfindən bir kimyəvi maddə ilə zəhərlənib. Rusiya bu ittihamları rədd edir.