“Almaniya Kanslerini indi yox, sonra mühakimə edəcəyəm” – Zelenskibackend

“Almaniya Kanslerini indi yox, sonra mühakimə edəcəyəm” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi bizim, Ukraynanın başına gələnlər sizin də başınıza gələ bilər”.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bild”ə müsahibəsində deyib.

Ukrayna lideri bildirib ki, o, baş verənlərdən qorxmur: “Mən qorxmuram. Axı, nədən qorxmalıyam?! Bundan daha pisi nə ola bilər?! Ən pisi artıq baş verib, biz müharibədəyik, Rusiya bizə qarşı müharibə başladıb. Çox sayda insanlar ölüb, ölkəmizi dağıdıblar. Öz övladlarını bu müharibədə itirən valideynlərə bundan daha pisi nə ola bilər ki?! Lakin biz gələcəyə inanırıq. Biz vaz keçməyəcəyik, biz öz torpaqlarımızı satmayacağıq”.

Jurnalistin Almaniya Kansleri Olaf Şoltsun qərarları ilə bağlı sualını cavablandıran Ukrayna dövlət başçısı deyib ki, o, Almaniya hökumətini mühakimə etmir.

“Mən Almaniyanın hərəkətlərini mühakimə edə bilmərəm. Hökumət ilk növbədə öz ölkəsini düşünür və bu, sözsüzdür. Almaniyada bir çox insan Ukraynanı dəstəkləyir. Kansler hökuməti xalq tərəfindən seçilib. Almaniyanın bizə dəstək verdiyi bəzi addımları görürük – “Şimal axını-2”, sanksiyalar və sair. Mən cənab Şolts və onun hökumətini mühakimə etmək istəmirəm. Mən bunu daha sonra, nəticələri, müharibənin necə bitdiyini, nə qədər qurbanlarımızın olduğunu görəndə edəcəyəm.

Almaniyada uşaq xəstəxanasına raket düşərsə, onda necə olar? Biz bu gün bu ağrıları yaşayırıq və mənə indi həll yolu lazımdır”, – Zelenski vurğulayıb