Tribuna İnformasiya Agentliyi

Almaniya Danimarkaya 8 mlrd. dollarlıq tunelin inşa planını təsdiq edib

29 Dekabr

Almaniya hökuməti ölkəni Danimarka ilə birləşdirəcək və dəyəri 8 milyard dollardan çox olacaq tunelin tikinti layihəsini təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü “Reuters” agentliyi məlumat yayıb.

Dənizin dibi ilə Danimarka və Almaniyanı ayıran Ferman-Belt boğazından keçəcək tunel 19 km. uzunluğunda olacaq. Onun Almaniyanın Femarn adası il Danimarkanın Lollan adası arasında çəkilməsi nəzərdə tutulur. Tikintiyə icazəni Almaniyanın Şlezviq-Qolşteyn federal torpağının Nəqliyyat Nazirliyi verib. Danimarka hökuməti layihəni 2015-ci ildə təsdiq edib.

Tunelin daxili ilə hər iki istiqamətdə hərəkət üçün dördzolaqlı avtomol yolu və dəmiryolu xətti keçəcək. Plana görə tikinti işləri 2024-cü ildə başa çatmalıdır.