Almaniya Bundesliqasının oyununa azarkeşlər buraxılacaqbackend

Almaniya Bundesliqasının oyununa azarkeşlər buraxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Leyptsiq” komandası Bundesliqada 2020/2021 mövümünün ilk turunda qarşılaşacağı “Maynts”la oyunu azarkeşlərin iştirakı ilə keçirəcək. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Leyptsiq Səhiyyə İdarəsinə edilən müraciət qəbul olunub.

Matça buraxılacaq 8 500 nəfər fanat püşkatma yolu ilə müəyyənləşdiriləcək. Həmin şəxslərin Saksoniya əyalətində qeydiyyatda olmaları əsas şərtlərdən biridir. Azarkeşlər tribunada maska taxacaqlar.

Qeyd edək ki, Almaniya çempionatı sentyabrın 18-də start götürəcək. “Leyptsiq” – “Maynts” oyunu sentyabrın 20-da olacaq.