Allahverdi Yolçuyev: “Xaricdə müalicə olunmalıyam, amma imkanım yoxdur”backend

Allahverdi Yolçuyev: “Xaricdə müalicə olunmalıyam, amma imkanım yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aktyor Allahverdi Yolçuyev illərdir işsiz olduğunu deyib.
TİA.AZ xəbər verir ki, sənətçi bu haqda ARB telekanalında yayımlanan “Tünzalənin əli ilə” proqramında deyib. O bildirib ki, teatrdan çıxmasına peşman olub:
“Dörd nəvə, beş övlad saxlayırdım. Teatrdan çıxıb, el şənliklərinə getdim. Amma peşmanam, teatrda qalmalıydım. Yaradıcı insan işsiz qalmamalıdır”.
Səhhətində problem olan aktyor müalicəyə gücü çatmadığını söyləyib:
“Müalicəm sənətimdir. İşim olsa, əl-ayağım əsməz. Bütün stressin səbəbi işsizlikdir. Hər həkim bir diaqnoz qoyub əllərimin əsməyinə. Əvvəl barmağım, sonra əlim, sonra isə qolum əsdi. Müalicəsi xaricdədir, getməyə maddi gücüm çatmır”.