Allahın ümidinə qalanar-Məhbus ailələrinin sosial problemləri necə həll olunmalıdır?backend

Allahın ümidinə qalanar-Məhbus ailələrinin sosial problemləri necə həll olunmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası “qoca qitə”dəki ölkələrin pentensiar sistemi ilə bağlı geniş hesabat dərc edib. Məlum olub ki, dünyada ən çox məhbus Rusiyadadır – 650 minə yaxın. Azərbaycanda isə məhbusların ümumi sayı 25 minə yaxındır. Ən az məhbus isə Norveçdədir – 3 min civarında. Hesabatda diqqətçəkən məqam Norveçdə məhbus ailələrinin xüsusi qayğıyla əhatə olunmasıdır. Belə ki, bu Skandinaviya ölkəsində məhbuslara xüsusi günlərdə təkcə həbsxana şəraitində deyil, həm də öz mənzillərində ailələri ilə görüşməyə icazə verirlər.

Azərbaycanda məhbusların diqqətsizlikdən əziyyət çəkdiyi, ailə üzvlərinin maddi sıxıntılar çəkdiyi barədə müzakirələr dəfələrlə gündəmə gəlsə də, problem hələ də öz həllini tapmamış qalır.

Bəs görəsən məhbus ailələrinin sosial təminatının yaxşılaşdırılması məqsədilə hansı addımlar atıla bilər.

TİA.az-a danışan hüquq müdafiəçisi, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, hazırda bu məsələ gündəmdə deyil:

“Çünki cəmiyyətimizi düşündürən daha vacib məsələlər var. İlk növbədə onların həllinə nail olunmalıdır. Hazırda şəhid ailələrinin və qazilərin sosial təminatı dövləti daha çox düşündürür. Hüquq müdafiəçiləri olaraq çalışırıq ki, həyat yoldaşını itirən, uşaq böyüdən analara, aliment ala bilməyən qadınlara dəstək olaq, bu mövzuları qabardaq. Qaldı məhbus ailələrinə, məndə məlumat yoxdur, hansı dövlət məhbus ailələrinə köməklik edir ki? Bu gün Azərbaycanda köməyə, qayğıya ehtiyacı olan o qədər ailələr var ki. Düşünmürəm ki, belə bir durumda bu məsələ aktual ola bilər. Həbsə düşən adam cinayət törətməmişdən öncə gələcəkdə onu və ailəsini hansı aqibətin gözlədiyinin fərqinə varmalı idi. Başa düşürəm, məhbus ailələrinin də sosial vəziyyəti acınacaqlıdır. Ancaq bu gün bizim onların sosial problemlərindən daha önəmli işlərimiz və missiyalarımız var. Azərbaycan yenicə müharibədən çıxmış dövlətdir. Müharibənin nəticələrinin aradan qaldırılması əsas və prioritet məsələdir. Hökuməti və vətəndaşlarımızı düşündürən əsas məsələ də məhz budur”.

Aytac Sahəd

TİA.AZ