Alimpaşanın maralları:”Əti və südü dərmandır” – Ekspert rəyibackend

Alimpaşanın maralları:”Əti və südü dərmandır” – Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun fermasıтda saxlanılanlar yerli marallardır. Əvvəllər Göy göldə çox olub. Təbiətdə xallı olur deyə, ona görə onlara xallı marallar deyilir”.

Bunu Lent.az-ın əməkdaşıyla söhbətində zoologiya üzrə mütəxəssis bildirib.

Onun dediyinə görə, süjetdə görünənlər dişi marallardır: “Ona görə də buynuzsuzdular. Maral çox qiymətli heyvandır. Onun həm əti, həm də südü dərmandır. Bildiyimə görə, maral ətinin bir kilosunun qiyməti 50-60 manatdır. Və onu tapmaq da asan deyil. Həmsöhbətimizin dediyinə görə, maral ətinin tərkibində yağların və xolesterinin miqdarı çox azdır. “Maral ətinin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Buna görə, onun digər ətlərdən qiymətlidi. Maral əti ürəkdə infarkt xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır. Və ən əsası bu ətin zərərli olması barədə heç bir yerdə qeydlərə rast gəlinməyib”.