Alimlərdən xəbərdarlıq: Qiyamət ssenarisi dəyişirbackend

Alimlərdən xəbərdarlıq: Qiyamət ssenarisi dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kembric Universitetinin alimləri araşdırma apararaq belə nəticəyə gəliblər ki, Şimal Buzlu Okeanında suyun temperaturunun yüksəlməsi gözləniləndən bir neçə onilliklər daha tez başlayıb. Elmi işin nəticələri “Science Advances” jurnalında dərc olunub.
 
TİA.AZ  xəbər verir ki, mütəxəssislərin fikrincə, 1900-cü ildən bəri okeanın temperaturu təxminən iki dərəcə yüksəlib, dəniz buzlarında ciddi ərimə və duzluluğun artması müşahidə olunub.
Alimlər xəbərdarlıq ediblər ki, Arktikada buzlaqların əriməsilə atmosferə karbondan daha təhlükəli olan çoxlu miqdarda metan qazı buraxılır ki, bu da öz növbəsində istiləşməni daha da sürətləndirir. Mövcud proses isə dünyanın sonu ssenarisini dəyişir, onu daha da tezləşdirir.