162 il sonra eyni təhdid: Dünya günlərlə internetsiz qalacaqbackend

Alimlərdən qorxunc proqnoz – Bütün dünyada internet kəsilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda ABŞ-dan təhlükəli xəbərdarlıq gəlib.
Qaynarinfo xəbər verir ki, amerikalı alimlər dünyanın günlərlə internetsiz qala biləcəyi ilə bağlı xəbərdarlıq edib. Kaliforniya Universitetinin alimi Sanqita Abdu Coti dünyanın belə bir təhlükə ilə üz-üzə olduğunu bildirib.
Günəşdə baş verə biləcək böyük partlayışlar və ya fırtınaların belə bir təsirinin olduğunu bildirən alim bu vəziyyətin yaxın 10 il ərzində yaranmasının mümkün olduğunu qeyd edib.
“Daily Mail” qəzetinin yazdığına görə, yaxın 10 il ərzində dünyanı internetsiz qoya biləcək partlayış və ya fırtınanın baş vermək ehtimalı 12 faizdir. Bu isə analoji vəziyyətlər üçün olduqca böyük ehtimaldır.
Sanqita Abdu Coti bildirib ki, bu cür partlayışlardan sonra ortaya çıxan ionlaşmış hissəciklər və elektromaqnit dalğalanmalar planetimizin maqnit sahəsində pozulmalara səbəb ola bilər. Yer kürəsinin maqnit sahəsində baş verəcək pozulmalar isə birbaşa elektronik cihazlara təsir edəcək.
1859-cu ildə, yəni bundan 162 il əvvəl Yer kürəsində bənzər hadisəsinin baş verdiyini bildirən alimlər həmin vaxt Avropa və Şimali Amerikadakı teleqraf şəbəkələrinin bundan ciddi şəkildə təsirləndiyini qeyd edib.
Nəticədə dünyada ciddi şəkildə əlaqə probelmi yaranıb. 162 il sonra – hər şeyin internet üzərindən idarə olunduğu müasir dünyada isə bu daha ağır nəticələrə səbəb ola bilər. Artıq alimlər bunu “kabus ssenarisi” adlandırmağa başlayıb.
Gözlənilən hadisə baş versə, bu dünya iqtisadiyyatına milyardlarla dollar ziyan verə, elektrik enerjisinin günlərlə kəsilməsinə səbəb ola bilər.