Alimlər: Səxavət yolxucudurbackend

Alimlər: Səxavət yolxucudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər siz cəmiyyət uğrunda hər hansısa hərəkət edirsinizsə, sizi müşahidə edənlər böyük ehtimalla sizi özlərinə nümunə götürəcəklər.

“Report” “Futurity”yə istinadən xəbər verir ki, bu qənaətə müxtəlif ölkələrdəki araşdırmaları incələyən amerikalı alimlər gəlib.

Məlumata görə, həmin təqlid effekti ondan ibarətdir ki, kənardan müşahidə edən insan xeyirxah hərəkətin yekun məqsədini – cəmiyyətin rifahı üçün, həm də öz qayğısı üçün atılmış addımı – daha yaxşı görür. Bundan başqa, faydalı işlərin bəhrəsi həmən gözə dəyir.

Araşdırmanın rəhbəri Hesunq Yunqun sözlərinə görə, müşahidəçinin gördüyünü hərəkəti dəqiqliklə etməsi məcbur deyil. Xeyirxah işlərdən ilhamlanaraq insanların öz tələbatlarını tamamilə fərqli sahədə gerçəkləşdirə bilərlər.

Alimlər qeyd edirlər ki, araşdırma xüsusilə indiki – insanların maska taxdığı və məsafə saxladığı – dövrdə önəm daşıyır.

“İnsalara onların davranışının ətrafda baş verənlərə təsir etdiyini çatdırmaq lazımdır. İnsanlar nə qədər əməkdaşlıq etsələr də, o qədər xəstəliyin yayılmasının qarşısı alınacaq və böyük ehtimalla digərləri də eyni şeyi edəcək”, – yazıda vurğulanıb.

Qeyd olunub ki, bu təsir növü daha çox Asiya ölkələrində keçərlidir. Bu göstəriciyə görə ikinci yerdə Avropa, üçüncü yerdə isə Şimali Amerikadır.