Alimlər koronavirusun asqırmaq yolu ilə yayılmasını görüntüləyiblər – VİDEObackend

Alimlər koronavirusun asqırmaq yolu ilə yayılmasını görüntüləyiblər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus (COVID-19) pandemiyasına görə bir çox ölkədə insanlar arasında sosial məsafə 1,5-2 metr müəyyən edilsə də, bunun heç də yetərli olmadığı ortaya çıxıb.

“Report” xəbər verir ki, Massaçusets Texnologiya Universitetinin alimi COVID-19-un asqırma yolu ilə neçə metrəyədək yayıldığını araşdırıb.

Riyaziyyatçı və hindrodinamika üzrə mütəxəssis Lidiya Buruyba yüksəksürətli kamera vasitəsilə öskürən və asqıranları videoya çəkib. Videoya saçılan aerozoldakı tüpürcək və bəlğəm damcılarının havada nə qədər qaldığı düşüb.

L.Buruyba araşdırmanın sonucunu “Journal of the American Medical Association”da (Amerika Tibb Assosiasiya jurnalı) nəşr edilmiş sərt başlıqlı “Turbulent qaz buludları və respirator patogen emissiyalar” məqaləsində açıqlayıb.

Alim araşdırmasında koronavirusların yayılmasının mürəkkəb turbulent prosesini təsvir edib. Nəticədə burun və ağızdan çıxan damcı sürətinin 10-30 m/s-də olduğu məlum olub.

“Daily Mail”ə görə, L.Buruybanın araşdırmasından bu sonucları çıxarmaq olar: viruslarla dolu qaz buludları yetərincə yığcam formada 8 metrəyədək sıçraya bilər.

Başqa sözlərlə, 8 metrəyədək asqıran şəxs, məsələn, uzun sırada 2 metr məsafə saxlayan 4 nəfəri yoluxdura bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.