Alimlər bədəndə gizli inkişaf edən xərçəngin əlamətlərini AÇIQLADIbackend

Alimlər bədəndə gizli inkişaf edən xərçəngin əlamətlərini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kolumbiya universitetinin alimləri ən gizli gedişatlı – mədəaltı vəzdə şişin erkən mərhələdə əlamətlərini açıqlayıblar.
 
Medicina.az xəbər verir ki, alimlər illərlə gizli gedən, heç bir əlamət verməməyin səbəbini mədəaltı vəzin çox incə, toxumasının zərif və yerləşməsinin çətin olması ilə izah edir.
Onu standart UZİ və rentgendə də dəqiq görmək çətindir. Orqanda ağrılar isə şiş iri ölçülərə çatanda hiss olunur.
Bəs necə bilməli? İlk növbədə bədəndə dəyişikliklərə baxın. Əgər göz bəbəyi, içi və dəri saralıbsa, sanki sarılıq kimi rəng alıbsa, eləcə də səbəbsiz ürəkbulanma, qusma, ishal, qarının yuxarı hissəsində ağrılar, həzmin pozulması, yeməklərin çətin həzm olması şübhə yarada bilər.
İnsanda qəfildən diabet yaranması və ya diabetli xəstənin vəziyyətinin qəfil dəyişməsi- şəkərin çox yüksəlməsi və ya çox aşağı düşməsi də simptom ola bilər.
Qarın boşluğuna maye yığılması, qarının şişməsi, arıqlama, çəki itirmə, yeməkdən imtina da sizi şübhələndirməlidir.