Tribuna İnformasiya Agentliyi

Alimlər QİÇS-ə qalib gəlməyin yolunu tapdı

22 Dekabr

Fransanın Paster İnstitutunun alimləri VİÇ infeksiyası ilə yoluxmuş hüceyrələrin metabolik aktivlik inhibitorlarının köməyi ilə məhv edilməsi yolunu tapıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, müasir təbabətdə VİÇ-lə mübarizə ömürlük müalicə tələb edir.

Belə ki, antiretrovirus terapiya virusu öldürmür, sadəcə, infeksiyanı bloklayır. Nəticədə, qeyri-aktiv formalı virus şərti olaraq “rezervuar” kimi qələmə verilən hüceyrələrdə, o cümlədən CD3+ T-limfosit hüceyrələrdə qalır.

Fransalı alimlər müəyyən edib ki, virus bu hüceyrələrin metabolik fəallığı ilə əlaqədar olaraq, daha dəqiq desək, onların qlükoza qəbul etməsi ucbatından yayılır.

“Tədqiqatçılar metabolik aktivlik inhibitorlarından istifadə etməklə, infeksiyaya uğramış “ex vivo” (orqanizmdən kənarda təcrid olunmuş mühitdə yetişdirilib) hüceyrələrini məhv etməyə nail olub”, – deyə pres-relizdə qeyd olunur.