Tribuna İnformasiya Agentliyi

Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblər

16 Oktyabr

İqlim dəyişikliyi “Ebola” virusunun yenidən yoluxma riskini artırır.

TİA.AZ  “CNN”ə istinadən xəbər verir ki, bu barədə “Nature Communications” tərəfindən edilən araşdırmada bildirilib.

Qeyd olunub ki, iqlimin dəyişməsi “Ebola”nın daha da yayılmasına və əvvəllər virusun təsir etmədiyi bölgələrə çatmasına səbəb ola bilər.

Tədqiqatlar göstərib ki, iqlim böhranı virusun heyvanlardan insanlara yayılmasını 3,2 dəfə artıracaq.