Alim Qasımovun 64 yaşı tamam olurbackend

Alim Qasımovun 64 yaşı tamam olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycanın Xalq artisti, xanəndə Alim Qasımovun doğum günüdür.

TİA.AZ-ın məlumatına görə, Xalq artistinin 64 yaşı tamam olur.

Qeyd edək ki, Alim Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda anadan olub.

O, Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. Həmin vaxtlarda muğam sənətinin, xüsusilə də “tarab” janrının araşdırmalarıyla məşğul olub.

A.Qasımov 1999-cu ildə Beynəlxalq IMC YUNESKO Musiqi Mükafatını alıb.

Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran və ABŞ kimi ölkələrdə konsertlərlə çıxış edən xanəndə bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında əhəmiyyətli rol oynayır.