Tribuna İnformasiya Agentliyi

Alim Qasımov Almaniyada konsert verəcək

14 Mart

Konsert məşhur Elbphilharmonia zalında baş tutacaq

Xalq artisti Alim Qasımov aprelin 1-də Almaniyanin Hamburq şəhərində konsert verəcək.

“Report”un məlumatına görə, konsert məşhur Elbphilharmonia zalında keçiriləcək.
Konsertdə A.Qasımov ilə yanaşı, onun qızı, əməkdar artist Fərqanə Qasımova da çıxış edəcək. Onları kamançada Rauf İsmayılov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev, balabanda isə Rafael Əsgərov müşayiət edəcək.