Alim 5 min il əvvələ aid kitabədə COVID-19-la bağlı yazı tapdı, heyrətə gəldibackend

Alim 5 min il əvvələ aid kitabədə COVID-19-la bağlı yazı tapdı, heyrətə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hindistanda qədim ənənəvi tibb tədqiqatçısı, doktor Smit Nahram təxminən 5000 illik Ayurveda kitabələrini araşdırarkən, COVID-19 koronavirusa çox bənzəyən bir xəstəliyin əlamətlərini təsvir edən bir fəsil tapıb.
Qaynarinfo xəbər verir ki, bu haqda “India Today” qəzeti məqaləsində bildirilib. Xəbərə görə, “Çaraka Samhita” toplusunun mətnlərində “infeksiya” mənasını verən “Krimi” adlı bir fəsil aşkar edilib. Doktor Smit Naram təxminən 5000 il bundan əvvəl haqqında danışılan infeksiya ilə koronavirusun simptomlarının oxşarlığına diqqət çəkib.
Beləliklə, “Krimi” fəslində “Slaşma Krimi” termini qeyd olunur. Orada “Maha Sukşma” olduğu üçün adi gözlə görünməyən bir şey təsvir edilir. Yəni, o qədər kiçik bir şeydir ki, xüsusi bir vasitə olmadan görə bilməzsən.
“Çaraka Samhita” bu infeksiyanın insanın tənəffüs sistemində necə yerləşdiyini ətraflı şəkildə izah edir. Üstəlik, qədim mətndə “Maha Sukşma”, yəni infeksiya “ağır” çıxıntılı yuvarlaq bir forma kimi təsvir edilib – eynən koronavirusun təsvirində olduğu kimi.
“Çarak Samhita”nın təsvirinin yeni koronavirusun təsvirinə nə qədər yaxın olduğundan heyrətə gəldim, – Smith Naram deyir, – orada “Sleşma Krimi”nin tənəffüs yollarına yoluxandan sonra necə öskürək və boğulma yaratdığından, bəzənsə ölümə səbəb olmağından danışılır”.
Yeri gəlmişkən, həmin qədim mətn “Slaşma Krimi”nin yoluxmasının qarşısını almaq və bu xəstəlikdən qurtulmağın üç yolunu təklif edir. Təəccüblüdür ki, ən təsirli metodlardan biri başqalarından təcriddir.
Bundan əlavə, qədim mətnlərdə yoluxmuş şəxslərin rejimi və pəhrizinə dair tövsiyələr, müxtəlif müalicəvi otlardan istifadə etməklə immunitet sisteminin, xüsusilə tənəffüs sisteminin gücləndirilməsinə dair praktiki məsləhətlər mövcuddur.