Tribuna İnformasiya Agentliyi

Ali Sunalın evləndiyi azərbaycanlı vəkil kimdir? – FOTO

19 Fevral

Xəbər verdiyimiz kimi, Kemal Sunalın aktyor oğlu Ali Sunal azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə yay aylarında evlənəcək.

Oxu.Az xəbər verir ki, münasibətlərini gizli saxlamağa çalışan və jurnalistlərdən qaçan cütlük bu dəfə fotoqrafların obyektivinə tuş gəlməkdən yaxa qurtara bilməyib.

Nazlı Qurbanzadə haqqında bir çox məlumatlar ortaya  çıxıb. Məlum olub ki, o, daha çox yuxarı təbəqənin tanıdığı Bülənt Qurbanzadənin qızıdır.

Nazlı 2010-cu ildə hüquq fakültəsini bitirdikdən sonra təhsilini “Paris Summer University”də davam etdirib. Dörd ildir eyni qurumda əməliyyat direktoru olaraq çalışan Nazlı Qurbanzadə “Çağdaş və Bağımsız Yardımlaşma Dərnəyi”ndə layihələr üzrə dəstəkçidir.