Ali məktəblərə qəbul ola bilməyənlərə şad xəbər – VİDEObackend

Ali məktəblərə qəbul ola bilməyənlərə şad xəbər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“200 baldan çox nəticə toplayanlar boş yerləri seçsələr, onlar qəbul olunacaqlar. Çünki yerlərin sayı bu nəticəni göstərənlərdən daha çoxdur”.

Bu barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaya açıqlamasında deyib.

O qeyd edib ki, müxtəlif qruplar üzrə 2400 boş yer qalıb.

M.Abbaszadə əlavə edib ki, 150-200 bal arası nəticə göstərən abituriyentlərin sayı daha çoxdur. Lakin onlar üçün təxminən 245 yer qalıb. Ona görə də onların şansları yüksək deyil.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: