Ali məktəblərdə dövlət imtahanı ləğv ediləcək?backend

Ali məktəblərdə dövlət imtahanı ləğv ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsil Nazirliyi bununla bağlı təkliflərə münasibət bildirib

Təhsil Nazirliyi ali təhsil müəssisələrində yekun attestasiyanın (dövlət imtahanının) ləğvi ilə bağlı təkliflərə münasibət bildirib.

TİA.AZ xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

“Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili QAYDALARI”nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, “2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.” Eyni zamanda həmin sənədə əsasən “2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.”