Ali məktəblər də distant təhsilə keçir? – Nazirlikdən açıqlama (VİDEO)backend

Ali məktəblər də distant təhsilə keçir? – Nazirlikdən açıqlama (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsil Nazirliyi distant tədrisin daha adekvat olması üçün müxtəlif mexanizmlər tətbiq edir. Alətlər təkminləşib, təlimlər və metodlar nəticəsində müəllimlərin hazırlıq səviyyəsi yüksəlib.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, nazirlik prosesə ötən ildəkindən daha hazırlıqlıdır:
“Bu gün 1 milyondan artıq şagird və müəllim “Virtual məktəb” layihəsində iştirak edir. Distant təhsilin keyfiyyətinin artması üçün hər ay və hər gün təkminləşdirilmə işləri görülür. Bununla əlaqədar ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda kifayət qədər müsbət nəticələr əldə edilib”.
C. Valehov onu da qeyd edib ki, ənənəvi tədrisin dayandırılması ilə bağlı qərarın universitetlər üçün tətbiqi nəzərdə tutulmayıb.