Ali məktəb imtahanlarının vaxtı ELAN OLUNDUbackend

Ali məktəb imtahanlarının vaxtı ELAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Bu barədə TİA.AZ-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

 

S/s İmtahanın adı Keçirilmə tarixi
 

 

 

1.

 

– Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi;

 

– Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün                  əlavə xarici dil imtahanı;

 

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

 

 

 

 

1 iyul

 

2.

 

Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:

 

III ixtisas qrupu 14 iyul
II və IV ixtisas qrupları 15 iyul
I ixtisas qrupu 27 – 28 iyul

 

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.