Ali Məhkəmədə baxılan inzibati işlərin əksəriyyəti ƏƏSMN-lə bağlıdırbackend

Ali Məhkəmədə baxılan inzibati işlərin əksəriyyəti ƏƏSMN-lə bağlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmənin İnzibati Kollegiyasında 2020-ci il ərzində baxılmış işlərin aid olduğu inzibati orqanlar üzrə bölgüsüsü açıqlanıb.

TİA.AZ xəbər verir ki, bu barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Bölgüyə əsasən, mərkəzi icra hakimiyyəti və digər inzibati orqanları üzrə 535 iş (23,9%), bələdiyyələr və yerli icra hakimiyyəti oraqnları üzrə 223 iş (10%), vergi xidməti üzrə 154 iş (6,9%), Əmlak Məsələləri Dövlət Komitəsi 302 iş (13,5%) olub.

Ən çox iş isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olub: 1022 iş. 2020-ci il ərzində bu qurumun iştirak etdiyi işlərin sayı azalaraq bütövlükdə baxılmış işlərin 45,7%-ni təşkil edib.

Yəni, bütövlükdə 2236 işə baxılıb, bunlardan 1022-si ƏƏSMN-in tərəf kimi iştirak etdiyi işlər olub.