Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdıbackend

Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov barəsində apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan şikayayətlə bağlı qərar elan olunub.
Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası üç ay azaldılaraq 5 il 9 aya endirilib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini altı ilə endirib.