Aleksey Reznikov Ukraynanın müdafiə naziri oldubackend

Aleksey Reznikov Ukraynanın müdafiə naziri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada Ali Radanın (parlament) bu gün keçirilən iclasında yeni müdafiə naziri postuna irəli sürülən namizədin məsələsinə baxılıb.
TİA.AZ xəbər verir ki, Radanın Təhlükəsizlik və müdafiə komitəsinin ötən gün namizədliyni irəli sürdüyü Aleksey Reznikov müzakirələrdən sonra müdafiə naziri postuna təsdiqlənib. Onun namizədliyinin lehinə 273 deputat səs verib.
A. Reznikov bu posta qədər Baş nazirin müavini olub. O, Azərbaycan ilə əlaqələr üzrə də kurator olub.
Xatırladaq ki, müdafiə naziri Andrey Taran ötən gün istefa verib.