Aleksey Navalnı Saxarov mükafatına layiq görülübbackend

Aleksey Navalnı Saxarov mükafatına layiq görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı müxalifətçi blogger Aleksey Navalnı Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatına (Saxarov mükafatı) layiq görülüb.

TİA.AZ-ın xəbərinə görə, bu barədə Avropa Parlamentinin Prezidenti David Sassoli “Twitter”də bildirib.

Avropa Parlamentinin Prezidentinin sözlərinə görə, A. Navalnının mübarizəsi ona azadlığı və həyatı bahasına başa gəlib.

“Bugünkü mükafat Navalnının böyük cəsarətini tanıyır və biz onun dərhal sərbəst buraxılması üçün çağırışımızı təkrar edirik”, – D. Sassoli qeyd edib.