Tribuna İnformasiya Agentliyi

Aleksandr Turçinov Ukraynanın Krımda savaşmamasının səbəbini açıqladı

11 Aprel

Avropa Birliyi 2014-cü ildə Krımın anneksiyası zamanı konfliktin istənilən halda qan tökülmədən həllini istəyirdi.

Axar.az xəbər verir ki, bunu “Qordon” saytına müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov deyib.

“Mən böyük zövqlə Putinin ordusunu Simferopol və ya Yalta yaxınlığında məhv edərdim, amma bunun üçün döyüş qabiliyyətli orduya ehtiyac var idi. Böyük təəssüflə qeyd edirəm ki, o zaman bizdə belə ordu yox idi. Litvanın keçmiş səfiri Pyatras Vaytekunas o zaman Krıma Avropa Birliyinin adından göndərildikdən sonra qeyd etdi ki, Krım Ukrayna üçün xilas oldu. Ona görə ki, Putinə o zaman digər variant – qanlı savaş lazım idi. O, qan tökülməsini, rus hərbçilərinin ölümünü istəyirdi. Çünki bu halda o, genişmiqyaslı hücum üçün əsas əldə edəcəkdi. Əks təqdirdə Avropa Birliyi müharibəni qarşılıqlı savaş kimi tanıyacaqdı. Onlar deyəcəkdilər ki, bağışlayın, burada hər iki tərəf günahkardır və kimin ilk atəş açdığını söyləmək mümkün deyil.

Krım anneksiya olunanda Ukrayna ilə sərhəddə böyük rus ordusu dayanmışdı. Onlar ölkəyə müdaxiləyə tam hazır idilər. Müstəqilliyimizi itirmək təhlükəsi yaranmışdı.

O zaman elə vəziyyətdə idim ki, istənilən avantüraya gedə bilərdim. Mən hərbçilərdən çarə istəyirdim. Fevralın sonu, martın əvvəlində hərbi hissələrimiz ələ keçiriləndə mən vertolyotla Krıma getməyə və orada aerodromlardan birində müdafiəni təşkil etməyə cəhd etdim. O zaman mənə Arsen Avakov bunu etməyə imkan vermədi. Bizim desant qüvvələrimizin təyyarəsi Krım səmasında vurulmasaydı belə, onlar yerə endikdən sonra əsir düşəcəkdilər”, – deyə o bildirib.