Alek Bolduin faciədən sonrakı həyatı haqqında danışdı – VİDEObackend

Alek Bolduin faciədən sonrakı həyatı haqqında danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rust” (Pas) filminin çəkiliş meydançasındakı faciədən iki ay sonra 63 yaşlı aktyor Alek Bolduin hazırki həyatı haqqında danışıb.

TİA.AZ xəbər verir ki, o, müvafiq videonu “Instagram”da yerləşdirib.

Videoda aktyorun depressiyaya düşdüyü və yorğun olduğu görünür. O, pərəstişkarlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, çətin dövrdə ondan üz döndərməyən hər kəsə təşəkkür edib.

“Bu fürsətdən istifadə edib mənə gözəl sözlər, ən xoş arzular və düşüncələrini çatdıran, mənim üçün dua edən bütün insanlara təşəkkür etmək istəyirəm. Dostlarımdan, qohumlarımdan, həmkarlarımdan və digər insanlardan yüzlərlə məktub almışam. Onlara çox minnətdaram. “Instagram”da çoxları şərh yazır və bu çətin vəziyyətdə mənə çox dəstək olurlar”, – deyə aktyor bildirib.

Aktyorun sözlərinə görə, elə bir gün olmur ki, o, operator Qalina Hatçinsin ölümü haqda düşünməsin.

“Onu unuda bilmirəm. O, çox faciəvi şəkildə öldü. İnanın, bu an mənim üçün izsiz ötüşmədi – mən daim bu barədə düşünürəm. Düzünü desəm, indi ən çətin dövrü yaşayıram”, – Bolduin etiraf edib.

O əlavə edib ki, həyat yoldaşı və altı övladı ona ağrının öhdəsindən gəlməyə kömək edir.