Tribuna İnformasiya Agentliyi

AİLƏ MÜNAQİŞƏSİ: 3-cü arvadı kişini bıçaqladı

18 Aprel

Bakının Xəzər rayonunun Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 

Bakının Xəzər rayonunun Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

TİA.AZ xəbər verir ki, 1974-cü il təvəllüdlü Məmmədov Qurban Hüseyn oğlu “Südçülük savxozu”nda yerləşən fərdi yaşayış evində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İnsident kişinin oğlunu döyməsi üstündə baş verib. Buna dözməyən qadın mətbəx bıçağı ilə həyat yoldaşını vurub.

Hadisəni törədən qadın Q.Məmmədovun üçüncü həyat yoldaşıdır. (Report)