“ALDIĞIM 130 MANAT DAVA-DƏRMANIMA BELƏ ÇATMIR” – ŞİKAYƏTbackend

“ALDIĞIM 130 MANAT DAVA-DƏRMANIMA BELƏ ÇATMIR” – ŞİKAYƏT

“Ailəmizə ayrılmış ünvanlı sosial yardım 01.08.2020-ci il tarixdə bitdiyindən, lazımi sənədləri düzəldib, aidiyyatı qurumlara təqdim etmişəm. Lakin indiyə qədər heç bir cavab verməyiblər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər Cəlilabad rayon sakini, II qrup əlil Nnuriyev Faba Ovezoviçin ölkə rəhbərliyinə etdiyi müraciətindəndir.
O bildirir ki, zəruri sənədləri hazırladıqdan sonra elektron formada müraciət edib. O deyir ki, indiyə qədər dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə də zəng vurub, amma ona cavab verən olmayıb. “Mənim sosiyal vəziyətim cox ağırdı. Əlilliyə görə 130 manat muavinət alılam və başqa gəlirim yoxdur. Yataq xəstəsiyəm deyə, həyat yoldaşım da mənə baxmaq məcburiyyətində qalıb və başqa yerdə işləyə bilmir. Hhimayəmdə bir azyaşlı uşaq var və ona da məktəb ləvazimatları ala bilməmişəm. Çünki aldığım 130 manat mənim dava-dərmanlarımı belə görmür”.
Faba Nuriyev onu da qeyd edib ki, Cəlilabad rayonunda xeyli imkanlı şəxslər var ki, ünvanlı sosial yardım alırlar. “Bizim rayonda maşını, qapısında mal-qarası olan çox sayda adam var ki, sosial yardım alırlar. Lakin yardıma ehtiyacı olan şəxslərə heç bir köməklik göstərilmir”.
Şikayətçi sonda prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevadan yardım istəyib, ona ünvanlı sosial yardım alması üçün köməklik göstərmələrini xahiş edib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki