Tribuna İnformasiya Agentliyi

Albert Eynşteynin 22 yaşlı italyan qıza yazdığı məktub satıldı – FOTOLAR

09 Mart

Nobel mükafatına layiq görülmüş dünyaca məşhur fizik Albert Eynşteynin 1921-ci ildə yazdığı məktub auksiona çıxarılıb.

Məlumata görə, auksion Qüdsdə baş tutub. Məşhur fizikin 42 yaşında olan zaman italyan tələbə Elizabetta Pikkiniyə yazdığı məktub auksionda satılıb.

Albert Eynşteynin 1921-ci ildə özündən 20 yaş kiçik italyan tələbə qıza yazdığı məktub auksionda 6100 dollara satılıb. Məktubun yazıldığı vaxt gənc qızın 22 yaşı, Eynşteynin 42 yaşı olub. İtalyan tələbə qız Elizabetta Pikkini, Albert Eynşteynin Florensiyada yaşayan bacısı Mayanın qonşusu olub.

Картинки по запросу Einstein'ın kendisini reddeden kadına yazdığı not açık artırmayla satıldı

Almanca yazılan məktub “İki gün boyunca ayaqlarına yatdığım elmi araşdırmaçıya dostcasına bir xatirə” qeydi ilə başlayır. Məlumata görə, almanca “ayaqlarına yatmaq” ifadəsi bir insandan təsirlənməyi, ona vurğun olmağı izah edir.

“Vinners” hərrac evi auksionda satılan məktubda yazılan digər cümlələri də mətbuatla bölüşüb. Məktubun digər cümlələrində Eynşteynin gənc qızla görüşmək istədiyi də vurğulanıb. Lakin 22 yaşlı tələbə qız A.Eynşteynə cavab olaraq onunla görüşə bilməyəcəyini, məşhur biri ilə eşq həyatı yaşamağa hazır olmadığını və həddindən artıq utancaq olduğunu deyib.

Картинки по запросу Einstein'ın kendisini reddeden kadına yazdığı not açık artırmayla satıldı

ABŞ-da “Vinners” hərrac evinin sahibi Qal Vienner də məktub haqqında öz fikirlərini bildirib. O, Eynşetynin bu məktubunu hazırda bu gündə davam edən #metoo (mən də) kampaniyasına daxil edilə biləcəyini açıqlayıb. Qeyd edək ki, #metoo (mən də) kampaniyası qadınların gündəlik həyatda məruz qaldıqları cinsi təcavüzlərə görə keçirilən aksiyadır.

Hərracda Eynşteynin qadına yazdığı məktubla yanaşı, 1928-ci ildə “Nisbilik nəzəriyyəsinin üçüncü mərhələsi” başlıqlı bir qeyd dəftəri də 103 min dollara satılıb.

Картинки по запросу Einstein'ın kendisini reddeden kadına yazdığı not açık artırmayla satıldı

Məlumat üçün bildirək ki, Eynşteynin ən çox sayda məktubunun satıldığı hərrac 2015-ci ilin iyun ayında baş tutub. Eynşteyn tərəfindən qələmə alınan 27 məktub üçün “Profiles in History” hərrac evində satış təşkil edilib. Hərraca çıxarılan 27 məktub ümumilikdə, 420 min dollardan çox gəlir gətirib. Ən baha qiymətə satılan məktub isə Eynşteynin oğullarından birinə yazdığı məktub olub.

Yəhudi əsilli A.Eynşteyn 1879-cu il martın 14-də Almaniyanın Ulm şəhərində anadan olub. İyirminci yüzillikdə fizika elminə nəzəriyyələri ilə töhfələr verən dahi fizik 1921-ci ildə Nobel mükafatına layiq görülüb.

Turan Oruc,
Musavat.com

Картинки по запросу Einstein'ın i reddeden kadın

Картинки по запросу Elisabetta Piccini