Tribuna İnformasiya Agentliyi

ALBERT AQARUNOVUN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU

25 Aprel

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.


TİA.AZ xəbər verir ki, bu gün Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsinin açılışı olub. Mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, Müdafiə Nazirliyinin, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Albert Aqarunovun qardaşı Rantik Aqarunov, döyüş yoldaşları vəmedia nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Albert 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub.

 

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir.

1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır.

Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992…

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb hazırda onun adını daşıyır.


NÜŞABƏ