Aktyor 16 ildən sonra “Arka Sokaklar”dan ayrıldı – FOTObackend

Aktyor 16 ildən sonra “Arka Sokaklar”dan ayrıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir aktyor “Arka Sokaklar”dan ayrılıb.

Bakupost.az xəbər verir ki, Türkiyənin uzun illərdir davam edən serialı “Arka Sokaklar”da “Mesut” obrazını canlandıran Şevket Çoruh 16 il sonra bu rolla vidalaşıb.
Aktyor bununla bağlı sosial media hesabında paylaşım edib:
“16 sezon 632 bölüm “Arka Sokaklar”da qaçdım, qaçdım, qovdum. Mesutla son dəqiqəyə qədər tər tökdüm. Bu gün bu yolun sonundayam. Başda Türker İnanoğlu olamaqla, kamera önündə və arxasında olan bütün komandamıza, əməyi keçən hər kəsə və tamaşaçılarımıza təşəkkürlər”.
Qeyd edək ki, 16 ildir davam edən serial sentyabrda 17-ci sezonu ilə izləyiciləri ilə görüşəcək.