Tribuna İnformasiya Agentliyi

Aktiv və passiv seçki dairələrinin adları açıqlanıb

11 Aprel

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığının aktiv və passiv olduğu seçki dairələrinin adları məlum olub.

“Report”un xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu seçki dairəsi 14 saylı Xəzər seçki dairəsidir. Bu seçki dairəsidə 51 min 117 seçicidən 40 min 588-i (79.40%) səsvermədə iştirak edib. Passiv seçki dairəsi isə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir. Bu seçki dairəsində 37 min 205 seçicidən 19 min 224-ü (51.67%) səsvermədə iştirak edib.

Xatırladaq ki, bu gün saat 17:00 olan məlumata əsasən, 5 milyon 314 min 365 seçicidən 3 716 135 nəfəri (69,93%) səsvermədə iştirak edib.